Azərbaycanın hokkey komandası Kazandakı turnirdə növbəti qələbəsini qazanıb

Azərbaycanın hokkey üzrə "Baku Flames" komandası Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında keçirilən “Orxis Cup” beynəlxalq turnirində növbəti qələbəsini qazanıb.

Presssport.az Qış İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz İran komandası ilə qarşılaşıb.

Görüş komandamızın 11:6 hesablı üstünlüyü ilə başa çatıb.

Onu da bildirək ki, "Baku Flames" ilk oyunda Bəhreyn komandasına 8:3 hesabı ilə qalib gəlib. Tarixində ilk dəfə beynəlxalq turnirdə iştirak edən Azərbaycan komandası ilə yanaşı, medallar uğrunda Türkiyə, Qazaxıstan, Pakistan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC