Nəbiyev sponsorlara səslənib: “Qarşıda yeni layihələrimiz var”

Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev sponsor məsələsinə toxunub:

Presssport.ax xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında bu haqda danışan qurum rəsmi daim sponsor axtarışında olduqlarını vurğulayıb.

Onun sözlərinə görə, federasiyanın başqa gəlir mənbəyi olmadığı üçün sponsorların tapılması ilə bağlı axtarışlar davam edir: “Azərbaycan Çövkən Liqasında yüksək mükafat fondu nəzərdə tutulur. Bu, yarışın gedişatı zamanı açıqlanacaq. İştirakçı komandaların əsas marağı da mükafatla bağlıdı. Çox yeniliklər edəcəyik. Qarşıda yeni layihələrimiz var. Komandaların sayının artması bizim üçün çox vacibdi”.

Qeyd edək ki, Peşəkar Çövkən Liqasına mayın 21-də start veriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC