Hidayət Heydərov dünya çempionatının finalında

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə  cüdo üzrə dünya çempionatı keçirilir.

Presssport.az xəbər verir ki, çempionatın 2-ci günündə Azərbaycanın 4 idmançısı tatami üzərinə çıxıb.

Dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) Akila Qyakova (Kosovo), daha sonra isə Salvador Roçaya (İspaniya) qalib gəlib. O, 1/4 finalda Daniel Karqnini (Braziliya) üstələyərək yarımfinala yüksəlib və burda İqor Vantkeyə (Almaniya) qalib gəlib. Finalda Heydərov Tatsuki İşihara (Yaponiya) ilə qarşılaşacaq.

Açeliya Toprak (57) startda Bakit Kussakbayevaya (Qazaxıstan), ardınca Thelma Monteyroya (Portuqaliya) qalib gəlsə də, 1/8 finalda Mimi Huha (Koreya) məğlub olub.

Yaşar Nəcəfov (66) startda Baul Anuya (Koreya), Kamran Süleymanov (66) isə Mohamed Abdelmavquda (Misir) məğlub olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC