Millimiz Moldovada yoldaşlıq turnirində iştirak edəcək

 

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.

Presssport.az xəbər verir ki, millimizin rəqibləri Qazaxıstan, Türkiyə və Moldova yığmaları olacaq. 

U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.

Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək. U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Millimizin oyunlarının təqvimi:

4 iyun
20:30. Azərbaycan (U-19) - Qazaxıstan (U-19)

7 iyun
18:00. Azərbaycan (U-19) - Türkiyə (U-20)

10 iyun
20:30. Azərbaycan (U-19) - Moldovanın (U-19)

Onu da bildirək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC