"Şeydayevin fiziki cəhətdən bir az əskiklikləri var" - "Kocaelispor"un baş məşqçisi

"Kocaelispor"un baş məşqçisi Ertuğrul Sağlam komandanın yeni transferləri Duhan Aksu və Ramil Şeydayev haqda danışıb. Presssport.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Türkiyə mətbuatına açıqlamasında hər iki futbolçunun hələ tam hazır olmadıqlarını bildirib: "Duhan Aksu və Ramil Şeydayevin fiziki çəhətdən bir az əskiklikləri var. Duhan nisbətən daha geridədi. Amma bunları yavaş-yavaş aradan qaldıracaqlar. Komandanın istirahət günündə də məşq ediblər. İnşallah, onlar ən qısa zamanda komandanın içinə girib getdiyimiz yolda bizə dəstək olacaqlar".

Xatırladaq ki, Şeydayev "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC