"İmişli" Əsgər Abdullayevlə bağlı qərar qəbul etdi

"İmişli" Əsgər Abdullayevlə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bölgə klubu məsələ haqda bu cür açıqlama yayıb:

"İmişli"nin rəhbərliyi məşqçi heyəti ilə keçən mövsümün nəticələrini müzakirə etmək məqsədi ilə iclas keçirmişdir. İclas zamanı məşqçi heyəti rəhbərliyə bütün mövsüm ilə əlaqədar ətraflı hesabat təqdim etmişdi. Eyni zamanda bildirilmişdir ki, nəticənin planlaşdırıldığı kimi olmamasına baxmayaraq, İmişli FK tarixinin ən yaxşı nəticəsi kimi keçən mövsüm qeydə alınmışdı. Rəhbərlik hesabatı qənaətbəxş hesab edərək qəbul etmiş və məşqçilər heyətinə mövsüm ərzində çəkdikləri əziyyətlərinə görə təşəkkür etmişdir. Bununla yanaşı növbəti mövsüm ilə bağlı geniş müzakirələr aparılmış və növbəti mövsüm üçün İmişli FK-nın yeni məşqçi heyəti ilə çıxış etməsinin daha məqsədəuyğun olacağı qarşılıqlı razılaşma əsasında qərara alınmışdı. İclasın sonunda rəhbərlik Əsgər Abdullayev və heyətinə xidmətlərinə görə təşəkkür etmiş və gələcək karyeralarında onlara uğurlar arzu etmişdir".

Xatırladaq ki, "İmişli" başa çatan mövsümü I Liqada 4-cü pillədə başa vurub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC