Şuşa "Qarabağ"ı beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək

Yanvarın 27-də Gürcüstanın paytaxtı Tbilisidə reqbinin Olimpiya növü olan Reqbi-7 üzrə kişilər arasında beynəlxalq turnir keçiriləcək. Presssport.az xəbər verir ki, Azərbaycan və Gürcüstan xalqlarının dostluğuna həsr olunan yarış "Avçala" stadionunda Gürcüstan Reqbi Birliyi və "Tsikara" klubunun təşkilatçılığı ilə baş tutacaq.

6 komandanın qatılacağı turnirdə ölkəmizi 2015-ci ildən fəaliyyət göstərən Şuşanın "Qarabağ" klubu təmsil edəcək. 

Onu da bildirək ki, adıçəkilən klubun yeniyetmələrdən ibarət komandası 4 dəfə qonşu ölkədə təşkil olunan bu növ yarışlarda iştirak edib və ən yüksək nəticəsi 12 komanda arasında 4-cü yeri tutması olub.

 

 

 

 

 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC