"Fənərbaxça" "Neftçi"nin sabiq legionerinə təklif göndərib: "O, satılmır"

"Partizan"ın direktoru Miloş Vazura braziliyalı futbolçusu Mateus Saldanyaya "Fənərbaxça"dan təklif gəlməsi barədə danışıb. Presssport24.az xəbər verir ki, klub rəsmisi İstanbul təmsilçisinin 24 yaşlı hücumçuya görə rəsmi təklif ünvanladığını təsdiqləyib. Lakin Vazura forvardın komandadan ayrılmayacağını da vurğulayıb: "Mateus Saldanya da daxil olmaqla, "Partizan"dakı oyunçular satılmır. Türkiyə klubunun və digər klubların təklifləri ilə maraqlanmırıq. Mövsümün qalan hissəsi üçün işləri davam etdiririk". Qeyd edək ki, Saldanya 2023-cü ilin yanvarın iyulunadək "Neftçi"də icarədə oynayıb. Daha sonra Bakı klubu intizamsız davranışlarına görə futbolçuyla vidalaşıb və bundan sonra o, karyerasını Belqrad təmsilçisində davam etdirib. Bizi Face

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC