Afrika Millətlər Kubokunun pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub

Afrika Millətlər Kubokunun qrup mərhələsinin oyunlarına yekun vurulur. Presssport.az xəbər verir ki, 3-cü turun matçında Konqo Demokratik Respublikası Tanzaniya ilə qolsuz heç-heçə edərək pley-off mərhələsinə yüksəlib.

F qrupunun digər oyununda Mərakeş Zambiyaya minimal hesabla qalib gəlib. Mərakeşlilər qrupda 1-ci (7 xal) yeri tutub. Sonrakı yerləri Konqo (3), Zambiya (2) və Tanzaniya (2) tutub.

Altı qrupdan 2 ən yaxşı komanda və 3-cü yeri tutanların hamısı arasında ən yaxşı nəticə göstərən 4 komanda Afrika Millətlər Kubokunun pley-off mərhələsinə vəsiqə qazanıb.

1/8 finalda Anqola - Namibiya, Nigeriya - Kamerun, Ekvatorial Qvineya - Qvineya, Misir - Konqo DR, Kabo-Verde - Mavritaniya, Seneqal - Fil Dişi Sahili, Mali - Burkina-Faso, Mərakeş - Cənubi Afrika oyunları baş tutacaq. Qarşılaşmalar yanvarın 27-dən 30-dək keçiriləcək.

Afrika Millətlər Kuboku fevralın 11-də başa çatacaq. Sonuncu dəfə turnir 2022-ci ildə keçirilib və Seneqal qalib gəlib.

 


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC