"Azərbaycanda oynamasam da, yaxşı təcrübə qazandım" - "Sabah"ın sabiq legioneri

"Sabah"ın sabiq futbolçusu Aleksandr Neçayev Belarusda klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, belaruslu qolkiper "Minsk"dən "Qomel"ə keçib.

Neçaev yeni klubunun mətbuat xidmətinə müsahibəsində Masazır təmsilçisindəki çıxışından danışıb:

"Sabah"a keçidim gözlənilmədən baş verdi. Tanıdığım bir menecer zəng etdi və təklifini bildirdi. Hər şey hazır idi. Sadəcə, klubum "Rux"la müqaviləni ləğv etmək və "Sabah"ın düşərgəsinə yollanmaq lazım idi. Komanda haqda məlumat topladım. Baş məşqçi Murad Musayev idi. O, Rusiya futbolunda ciddi tanınırdı".

Neçayevin fikrincə,

"Sabah"da çətinliklərdən biri əcnəbi və gənc oyunçulara az şans verilmədi idi: "Mövsümün ilk hissəsində Musayevlə danışdım və izah etdi ki, klubun hədəfləri var. Buna baxmayaraq, şadam ki, belə bir təcrübəm olum. Oynamasam da, yaxşı təcrübə qazandım".

Xatırladaq ki, Aleksandr 2022-ci ilin yanvarından dekabrına qədər “Sabah”ın formasını geyinib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC