Şahmatçılarımız dünya çempionatının III turunda qələbə qazanıb

Azərbaycan şahmatçıları Ayan Allahverdiyeva, Nərmin Abdinova və Səbinə Rzalı Hindistanın Qandinaqar şəhərində gənclər arasında keçirilən dünya çempionatının III turunda qələbə qazanıblar.

Presssport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Allahverdiyeva qara fiqurlarla hindistanlı Saparya Qhosu üstələyib.

Qara fiqurlarla mübarizə aparan digər təmsilçimiz Abdinova yerli şahmatçı Advika Saruprianı məğlub edib. Rzalı isə hindistanlı Hasini Kamabathulanı təslim olmağa məcbur edib.

Onu da bildirək ki, İsveçrə sistemi ilə keçirilən, 11 turdan ibarət olan yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır. 3 turdan sonra Ayan və Nərminlə yanaşı, daha 6 şahmatçı maksimum nəticə göstərib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC