Şəhriyar Məmmədyarov Özbəkistanda Superturnirdə iştirak edəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iyunun 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Superturnirdə iştirak edəcək.

Presssport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə xəbər verir ki, 39 yaşlı qrossmeysterimiz ən yüksək reytinqli iştirakçıların çıxış etdiyi “Masters” bölümündə mübarizə aparacaq.

Onunla yanaşı, Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yanqyi Yu (Çin), Vidit Santoş Qucrati (Hindistan), Riçard Rapport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digər şahmatçılar turnirdə yer alacaq.

Aydın Süleymanlı və Vüqar Rəsulov müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaq.

Yarışa iyunun 14-də yekun vurulacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC