Güləşçilərimizdən Budapeştdəki reytinq turnirində 2 medal

Azərbaycan sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində gümüş medal qazanıb.

Pressport.az xəbər verir ki, həlledici mərhələdə Əlişir Yergaliylə (Qazaxıstan) üz-üzə gəlməli olan idmançımız səhhətində problem yarandığı üçün döşək üzərinə çıxmayıb.

Bununla da Maqomedovun qazancı gümüş medal olub.

Digər güləşçimiz Hacı Əliyev (65 kq) isə 3-cü yer uğrunda görüşdə meksikalı Austin Qomesə qalib gələrək turnirin bürünc mükafatına sahib çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC