AVRO-2024: Niderland millisi final mərhələsinə 9 müdafiəçiylə gedir

Niderland milli komandasının AVRO-2024 üçün yekun heyəti açıqlanıb.

Presssport.az əbər verir ki, baş məşqçi Ronald Kuman 26 nəfərlik siyahısında 3 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi, 6 hücumçu var. 

Qapıçılar: Bart Verbruggen (“Brayton”), Castin Baylo (“Feyenoord”), Mark Flekken (“Brentford”).

Müdafiəçilər: Lutsarel Gertreida (“Feyenoord”), Matteyis de Liqt (“Bavariya”), Virgil van Deyk (“Liverpul”), Natan Ake (“Mançester Siti”), Stefan de Vray (“İnter”), Ceremi Frimponq (“Bayer”), Mikki van de Ven (“Tottenhem”), Deyli Blind (“Jirona”), Denzel Dumfris (“İnter”).

Yarımmüdafiəçilər: Xavi Simmons ("Leyptsiq”), Jorjinyo Vaynaldum (“Əl-İttifaq”), Tiyani Reynders (“Milan”), Coey Verman, Jerdi Şouten, (hər ikisi PSV), On Koepmainers (“Atalanta”), Frenki de Yonq (“Barselona”), Rayan Qravenberç (“Liverpul”).

Hücumçular: Vot Veqorst ("Hoffenhaym"), Memfis Depay ("Atletiko"), Kodi Qakpo (“Liverpul”), Donyell Mahlen (“Borussiya” Dortmund) Brayan Brobbi, Stiven Berqveyn (hər ikisi "Ayaks").

Qeyd edək ki, Niderland yığması Almaniyada təşkil olunacaq Avropa çempionatının D qrupunda Fransa, Avstriya və Polşa ilə mübarizə aparacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC