Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente müqaviləsinin müddətini uzadacaq. 61 yaşlı mütəxəssisin hazırkı müqaviləsi iyulun 31-dək nəzərdə tutulub. Qeyd edək ki, Luis de la Fuente 2022-ci ilin dekabrından komandanın "sükanı arxasındadır". O, bu postda Luis Enrikeni əvəzləyib. Yığma onun rəhbərliyi altında 2023-cü ilin yayında Millətlər Liqasının qalibi olub. İspaniya millisi Almaniyada keçiriləcək Avropa çempionatının qrup mərhələsində Xorvatiya, İtaliya və Albaniya ilə üz-üzə gələcək. Yarış 14 iyun - 14 iyul aralığında gerçəkləşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC