“Şerif” və “Zirə”də oynamış hücumçu: "Hər iki komandaya hörmətlə yanaşdığım üçün seçim edə bilmərəm"

"Şerif” və “Zirə” kimi böyük komandalarda oynadığım üçün çox şadam. Son iki mövsümdə “Şerif” kimi "Zirə" də liqada böyük güc nümayiş etdirdi. Onlar həqiqətən də yaxşı komandalardır".

Presssport.az xəbər verir ki, bu sözləri Riçard Qadze deyib.

Karyerası ərzində “Şerif” və “Zirə”də də oynamış qanalı hücumçu Avropa Liqasının təsnifat mərhələsində qarşılaşacaq bu iki komandanın şanslarından danışıb. Onun fikrincə, hər iki komandanın növbəti mərhələyə adlamaq şansı bərabərdir: "Hər iki komanda da güclü oynayanda proqnoz vermək asan olmur. Şanslar eynidir. Təki, ən yaxşı komanda qalib gəlsin. Həm “Şerif”də, həm də “Zirə”də fantastik mövsüm keçirdim. Hər iki komandaya hörmətlə yanaşdığım üçün seçim edə bilmərəm".

"Zirə” ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC