“Sabah”ın U-10 komandası Madriddə beynəlxalq turnirə qatılacaq - "Atletiko"yla bir qrupda mübarizə aparacaq

“Sabah”ın U-10 komandası İspaniyanın paytaxtı Madriddə baş tutacaq “MadCup” beynəlxalq turnirinə qatılacaq.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Madrid təmsilçiləri “Atletiko” və “Real”ın təşkilatçılığı ilə keçiriləcək yarışda 5 qitədən müxtəlif ölkələri təmsil edən 90 komanda mübarizə aparacaq.

Savalan Əlizadənin baş məşqçisi olduğu "Sabah" İspaniyanın “Atletiko”, “Pozuelo De Alarkon”, “CDE DR Akademi Sport”, həmçinin ABŞ-nin “Doral” komandaları ilə birlikdə B qrupunda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar qızıl medallar uğrunda mübarizəni davam etdirəcək.

Turnirin açılış mərasimi iyunun 24-də, Madriddəki “Metropolitano” stadionunda baş tutacaq. Mərasimdə David Vilya, Fernando Torres kimi futbol ulduzlarının da iştirakı nəzərdə tutulub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC