"Zirə"yə qarşı oynayası olmadı - Cennaro Qattuzonun yanına getdi

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Şerif”də 2 legionerin gedişi olub.

Presssport.az xəbər verir ki, onlar icarədə olan futbolçulardı və anlaşmaları uzadılmadığından öz klublarına qayıdıb.

Söhbət xorvatiyalı qapıçı Toni Siliç və kolumbiyalı müdafiəçi Didye Buenodan gedir. 

20 yaşlı Siliç 1 illik icarədən sonra vətəninə - "Hayduk"a qayıdıb. O, bu komandanın yeni baş məşqçisi olan italiyalı mütəxəssis Cennaro Qattuzonun ilk məşqində iştirak edib. Toni keçən mövsüm "Şerif"in heyətində 12 oyun keçirib, 8 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.

23 yaşlı Bueno da Vətəninə - müqaviləylə məxsus olduğu “İndependiyente Medellin”ə dönüb və onun heyətində artıq məşqlərə başlayıb. O da keçən yay "Şerif"ə icarəyə verilmişdi və 3-ü avrokuboklar olmaqla 17 matçda oynayaraq 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC