"Heç kim qol vuracağımıza inanmırdı" - Spaletti

“Matçlar bu şəkildə başa çatdıqda daha maraqlı, son dəqiqələrdə vurulan qollarla daha gözəl olur. Heç kimin gözləmədiyi vaxtda riskə getdik və bunu bacardıq".

Presssport.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Luçano Spaletti AVRO-2024-ün qrup mərhələsinin III turunda keçirilən Xorvatiya ilə oyundan (1:1) sonra deyib. 

Təcrübəli mütəxəssis ilk hissədə lazımi səviyyədə oynamadıqlarını gizlətməyib: "Futbolçularımdan daha çox şey gözləyirəm. Bu balansı tapmalıyıq. Belə matçlarda oynamağa qadir futbolçularımız var. Amma çox mənasız səhvlərə yol veririk. Belə olmaz. Daha çox iş görməliyik”.

Spaletti 1/8 finala yüksəldikləri üçün sevincli olduğunu söyləyib: "Komandamı bu cür əzmkar oyuna görə təbrik edirəm. Artıq heç kim qol vuracağımıza inanmırdı. Amma oyunçular az riskə getdilər və ağlı başında qaldılar. Onları etdiklərinə görə təbrik etməliyik". 

 


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC