Azərbaycanlı nazir "Qarabağ"a çağırış, Qurban Qurbanova təşəkkür etdi

Azərbaycan Basketbol Federasiyasının prezidenti, "Neftçi"nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev “İnstagram” profilində paylaşım edib.

Presssport.az xəbər verir ki, Azərbaycan Respublikasının elm və təhsil naziri də olan Əmrullayev "Qarabağ"ın basketbol oynamasına diqqət çəkib. 

O, basketbolun təşviqinə görə baş məşqçi Qurban Qurbanova da təşəkkür edib:

"Qarabağ" klubunun futbolçularının basketbol məharəti! Afərin! Basketbolun təşviqinə görə Qurban Qurbanova xüsusi təşəkkür edirəm.

"Qarabağ" Futbol Klubunu Avropa Çempionlar Liqasının qrup mərhələsində, "Qarabağ" Basketbol Klubunu isə Azərbaycan Basketbol Liqasında görmək ümidi ilə..".

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında hazırda 10 komanda mübarizə aparır və yeni sezondan liqada 12 komandanın olacağı istisna edilmir.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC