"Turin Acro Cup” turnirində iştirak edəcək gimnastlarımız müəyyənləşib

Azərbaycanı İtaliyanın Turin şəhərində keçiriləcək akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq yarışında təmsil edəcək idmançılar müəyyənləşib.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmizi yarışda məşqçi İradə Qurbanovanın rəhbərliyi altında qarışıq cütlük Ağasif Rəhimovla Raziyə Seyidli, kişi cütlüyü Daniel Abbasovla Murad Rəfiyev, kişi qrupu Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Seymur Cəfərov, 13-19 yaş kateqoriyası üzrə qadın qrupu Nəzrin Zeyniyeva, Anaita Bəşiri və Zəhra Rəşidova iştirak edəcək.

Yarışda hakim kimi Dürdanə Əhmədova iş başında olacaq.

Beynəlxalq turnir iyulun 5-7-də keçiriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC