"Sabah" rəsmisi yeni azarkeş mağazaları haqda: "Düşündük ki, belə bir məkanın açılması marketinq fəaliyyətlərimizin inkişafına töhfə verəcək"

  • Premyer Liqamızda son 6 mövsümdə fasiləsiz çıxış edən, son 2 ildə medalçı olaraq Konfrans Liqasına vəsiqə qazanan “Sabah”ın İçərişəhərdə yeni azarkeş mağazası fəaliyyətə başlayıb. Mağazada azarkeşlər həm kluba aid müxtəlif geyim və aksessuarları ala, həmçinin klubun sponsoru olan "Coffee Costa"nın ləziz içkilərindən dada bilər.
  • Açılış mərasimində iştirak etdiyimiz zamanı "Sabah"ın icraçı direktoru Pərvin Piriyevlə söhbətləşdik. Klub rəsmisi Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb.  
  • - Fan-şop üçün niyə məhz bu məkanı seçdiniz?
  • - Bilirsiniz ki, bizim stadion Masazır qəsəbəsində yerləşir. Bəzən sosial meda istifadəçilərindən, ətrafımızdan, tərəfdaşlarımızdan belə bir şərhlər alırdıq ki, Mazasıra uzaq, gedib-gəlmək çətin ola bilər. Buna görə istədik ki, şəhərimizin mərkəzində, insanlar üçün daha çətin, əlçatan bir yerdə azarkeş mağazasını açaq. Yeri gəlmişkən, özünüz də bilirsiniz ki, stadionumuzda da bir mağaza var və doğma Masazır azarkeşləri rahatlıqla bizim məhsulları ala bilir. İndisə şəhərin mərkəzində yaşayan, məhsullarımız almaq istəyən “Sabah”ın azarkeşləri bu imkana malikdi. Həm də digər vacib bir faktor var ki, məlum olduğu kimi, İçərişəhər turistlərin ən çox ziyarət elədiyi yerlərdən biridi. 
  • - Burda qədim Bakının ruhi var sanki…
  • - Bəli-bəli. Bilmirəm sizin üçün yenilik olar, yoxsa yox, bizim oyunlarda tez-tez xarici azarkeşlər də iştirak edir. Düzdür, onların sayı çox deyil, ancaq gəlirlər. Eyni zamanda onlayn satış elədiyimiz zamanı dəfələrlə həm xaticdən sifarişlər olub, həm də xüsusilə ölkəmizdə keçirilən beynəlxalq yarışlar zamanı saytımızdan xeyli sifariş alırdıq. Düşündük ki, belə bir məkanın açılması marketinq fəaliyyətlərimizin inkişafına töhfə verəcək. 
  • - İndi də gəlin, mağazanın çeşidlərini oxucularımıza təqdim edək - hansı məhsullar var? 
  • - Deməli, hal-hazırda gördüyünüz məhsullarımızın bir çoxu komandamızın çıxışlarında istifadə etdiyi geyimlərdi - oyun formaları, məşq geyimləri, parad geyimləri və idman dəstləri. Təbii ki, orijinal mallardı. Bundan əlavə, bir sıra yeni eksklüziv məhsullarımız var ki, sırf bu mağaza üçün nəzərdə tutulmuşdu. 
  • - Hansılar?
  • - Bu, istər kapşonlu “swift shirt”lər, istər digər köhnəklərimiz olsun. Eyni zamanda burda “Sabah” Futbol Klubuna (FK), "Sabah" brendinə aid məhsular var. Əslində, yalnız "Sabah" FK deyil, bilirsiniz ki, artıq loqolarımız vahidləşib, vahid loqoyla çıxış edirik. Bu isə o deməkdi ki, “Sabah”dan hansısa bir elementi alan həm də basketbol üçün almış ola bilir. Mlumdu ki, "Sabah" Basketbol Klubu da fəaliyyət göstərri. Bizim bir çox məhsullar var ki, gündəlik həyatda istifadə oluna biləcəkdi. Misal üçün termoslar, su qabları, müxtəlif aksesuarlar. Müştəri bunları alaraq “Sabah”a aid bir elementi özüylə daşıya bilər. 
  • - Qiymətlər nə dərəcədə münasibdi? Hansı güzəştlər, endirimlər nəzərdə tutulub?
  • - Dediyim kimi, bundan əvvəl satış təcrübələrimiz artıq mövcuddu - onlayn satışımız da olub, Masazırda satışımız da. Qiymətləri əsas ona uyğun təyin etmişik ki, müxtəlif tələbləri qarşılaya bilsin. Burda elə məhsullar var ki, daha əlçatandı. Elə məhsullarımız da var ki, daha eksklüzivdi. Yalnız bizdə belə deyil ki, xaricdə də belədi ki, satışda müxtəlif məhsullar var, onların qiymətləri müxtəlifdi. Sözsüz ki, bu məhsulların bir qismini pilot olaraq təqdim edirik. Çünki İçərişəhərdə ilk dəfədi fəaliyyət göstərəcəyik və bu, həm də bizim üçün tədqiqat, müşahidə xarakterlidi ki, hansı məhsullarımıza tələblər, qiymətlərlə bağlı vəziyyət necə olacaq. Ola bilər baxdıq ki, hansısa məhsullarımıza tələb yoxdu, gələcəkdə onun satışını dayandırdıq, əvəzinə daha çox tələb olunan məhsulları artırdıq. Bunu artıq zaman göstərəcək. 
  • - Masazırdakı mağazanın satışı nə göstərdi? Bizdə fan-şop nə dərəcədə tələbata uyğundu?
  • - Bilirsiniz, həmin fan-şopumuz əvvəlcə bizə onu göstərdi ki, ümumiyyətlə, futbol klublarının təqdim elədiyi məhsullara maraq var. Deyim ki, bu, hal-hazırda çox böyükdü, kütləvi xarakter daşıyır - yox, bu, belə deyil. Lakin bizim insanlar, bizim azarkeşlər, xüsusilə də yerli futbola azarkeşlər edənlər yeni məhsullar, yeni yanaşmalar gördükləri zamanı maraq göstərməyə hazırdı. Bu, biz futbol, idman klubları üçün bir çağırışdı ki, tələblərə, yeni çağırışlara, trendlərə uyğun yanaşmalar tətbiq eləməliyik. Bunu reallaşdırdığımız, bir az idman nəticələrimiz də bunu dəstəklədiyi, üstəlik, ictimaiyyətlə yaxşı ünsiyyət qura bildiyimiz zamanı insanların marağı var və doğmalıq hiss edərək bu məhsulları almağa hazırdı.
  • - Bir reallıq var ki, "Sabah"ın tarixi azdı və tarixi böyük olan “Neftçi” və "Qarabağ"la ayaqlaşmaq asan deyil. Bunu hiss etməmiş olmazsınız. Bu mənada “Sabah”a illər və uğurlar lazımdı…
  • - Əlbəttə! Bu, məncə, yalnız "Sabah" üçün belə deyil. Özünüz məndən yaxşı bilərsiniz ki, dünyanın hətta yeni klub yaranan, amma daha böyük büdcəli klubları üçün da keçərlidi ki, adətən futbolda tarix müəyyən bir rol oynayır. Çünki məlumdu ki, futbol sevgisi bəzi yerlərdə ailədən keçir - atadan oğula və s. Bu, reallıqdı, sadəcə, başqa bir reallıq da var ki, bu gün Azərbaycanda öz təcrübəmizdən görürük ki, insanlar yeniliklər gördükləri və ya klubda özünə nələrsə tapdıqları zamanı ona həm azarkeşlik etməyə, həm də ona aid nələrisə almağa çox maraqlıdı. Futbol klubunu bir insan kimi düşünün…Düzdür, minlərlə səbəb ola bilər azarkeşliklə bağlı. Lakin azarkeşlikdə əsas faktor odur ki, kimi özünüz kimi hesab edirsiniz, kimi özünüzə daha doğma sayırsınız. Bax, əsas sual budu. Baxmayaraq ki, yaşımız azdı, iddia etmirik ki, çox böyük azarkeş kütləsinə malikik. Amma çox sevindiricidi ki, görürük artıq “Sabah”a böyük maraq var. Özünüz sosial şəbəkələrdə izləsəniz, şərhlərdə, insanların mesajlarından, gözləntilərindən, keçirdiyi hisslərdən bunları görə bilərsiniz. Buna görə çox sevinirik. 
  • - Bu marağı artırmaq təkcə əsas komandanın nəticələrindən asılıdı, yoxsa özünüz də nələrisə etməyi düşünürsünüz?
  • - Bilirsiniz, “Sabah” FK olaraq çalışırıq klub olaraq inkişaf edək. Bir strategiyamız var uzunmüddətli - klubun dayanaqlı inkiafı üçün. Klubun uzun müddət stabil inkişafı üçün dayanaqlı inkişaf strategiyası lazımdı. Bunun çərçivəsində yalnız idman nəticələrini artırmaq deyil, klubu bütün sahələrdə inkişaf etdirmək durur - istər marketinq, istər insan resursları, istər infrastruktur olsun. Misal üçün əvvəlki illərdə bizim stadion izləyicilər üçün çox da rahat deyildi. Bunu başa düşürdük, çoxlu şərh alırdıq və ötən il artıq stadionumuzda xeyli dəyişiklik etdik, “Skybox”larımızı satışa çıxradıq, ora, VİP yerlərə illik satış elədik. Hal-hazırda stadionumuzda QR kod var ki, onu skan eləməklə azarkeşlər stadionla bağlı bütün fikirləri ora bildirir və bunları birə-bir izləyirik, tədqiq edirik. Bütün sahələrdə bu inkişafa nail olmaq üçün çalışırıq. Əlbəttə, bu, heç də həmişə çox sürətli baş vermir. Sözsüz ki, dayanıqlı inkişaf üçün bir az səbrli olmaq lazımdı. Daim təhlillər aparıb öz üzərində çalışmaq, öz qarşına daha böyük tələblər qoymaq lazımdı. 
  • - Növbəti yeni mağazanın açılması perspektivini necə dəyərləndirərdiniz?
  • - Dediyim kimi, "Sabah"da bütün fəaliyyətlərimiz bir strategiyaya əsaslanır. Məsələn, ilk mağazamızı Masazırda açmamışdan əvvəl bunu test eləmək üçün satışa onlayn başladıq. Gördük effekt verir, başladıq Masazırda mağaza açmağa. Gördük effekt verir, açdıq İçərişəhərdə. Niyə də olmasın?! Gələcəkdə də belə məkanlar açıla bilər. Sözsüz ki, bu, tələbdən asılıdı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC