Slovakiyalı hücumçu rəsmən "Sabah"da

Konfrans Liqasındakı təmsilçimiz “Sabah” növbəti transferini reallaşdırıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, slovakiyalı hücumçu Pavol Şafranko ilə 2 illik müqavilə bağlanıb.

29 yaşlı futbolçu karyerası ərzində Slovakiyanın "Tatran" (2013-2016), "Şport" (2016), "DAC 1904" (2017-2018), Danimarkanın "Olborq" (2019), Şotlandiyanın "Dandi Yunayted" (2018/2019), Rumıniyanın "Sepsi" (2019-2021, 2022-2024) və CAR-ın "Mamelodi Sandauns" (2021-2022) klublarında oynayıb.

Xatırladaq ki, “Sabah” yay fasiləsində yamaykalı Kahim Parrisi birrəfəlik transferi edib, almaniyalı Coy-Lens Mikels qaytarıb, slovakiyalı İvan Lepinitsa və serbiyalı Neqoş Kupusoviç heyətinə cəlb edib.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC