"Sabah"ın rəqibi Kiyev "Dinamo"sunun futbolçusunu icarəyə götürdü

Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Makkabi" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Presssport.az xəbər verir ki, Hayfa təmsilçisi Kiyev "Dinamo"sundan Aleksander Sirotanı icarəyə götürüb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı ukraynalı mərkəz müdafiəçisi 2024/25 mövsümünü İsrail klubunun heyətində keçirəcək.

Xatırladaq ki, "Sabah" “Makkabi”nin iyulun 25-i Macarıstanda qonağı olacaq. Cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC