"Araz-Naxçıvan" Türkiyə Super Liqası təmsilçisi ilə oynayacaq

İyulun 10-da Türkiyəyə yola düşən “Araz-Naxçıvan” dünəndən məşqlərini Ərzurumda reallaşdırır. 

Presssport.az klubun saytına istinadən xəbər verir ki, komanda üzvləri əvvəlcə fitnes məşqlər edib, günün ikinci yarısında isə hazırlıq prosesi yaşıl meydanda reallaşdırılıb. 

Yeni transferlərdən Benny də artıq komandanın düşərgəsindədir. 

Baş məşqçi Elmar Baxşıyev hazırkı heyətlə ilk sınağını iyulun 16-da verəcək. Həmin gün keçiriləcək yoxlama oyununda “qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. 

Toplanış çərçivəsində daha 2 oyun keçiriləcək. Matçların tarixi və sparrinq-rəqiblər barədə əlavə məlumat veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC