Qriqorçuk çox sevdiyi futbolçunun keçidini şərh etdi: "Şeydayev komandamız üçün əla transferdi"

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin transferinə münasibət bildirib.

Presssport.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun saytına açıqlamasında bu keçidin komanda üçün əla transfer olduğunu deyib:

“Çox şadam ki, Ramil bizimlədi. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudu. Düşünürəm ki, bu, komandamız üçün əla transferdi”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC