"Qarabağ"ın ÇL-də rəqibi penaltilər seriyasında müəyyənləşib

"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu gün Cəbəllütariqin "Linkoln" klubu "Hamrun"u qəbul edib. 

Görüşün əsas vaxtı Malta təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyunda "Linkoln" eyni hesabla qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burda da qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) cəbəllütariqlilər növbəti raunda vəsiqə qazanıb.

Xatırladaq ki, "Qarabağ" "Linkoln"la ilk matçı 23 və ya 24 iyul tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC