Asim Xudiyev İsveçrəyə gedir

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Presssport.az xəbər verir ki, sabiq FİFA referisi Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 25-də keçiriləcək “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) görüşünün hakim-inspektoru olacaq. 

Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq qarşılaşmanı kosovolu baş hakim Visar Kastrati idarə edəcək.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC