"Qarabağ"dan 3-cü, tarixdə 5-ci

 "Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümünə 2 böyükhesablı qələbə ilə başlayıb.

Presssport.az xəbər verir ki, Qurban Qurbanovun komandası “Araz-Naxçıvan”a 4:1, “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib. 

Ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda 2 böyükhesablı qələbə qazanıb.

“Qarabağ” bunu 3-cü dəfə bacarıb. 1993/94 və 2003/04 mövsümlərində də oxşar ssenari yaşanıb. 2000/01 mövsümündə “Neftçi” ilk 2 oyununda 3 və ya daha çox top fərqilə qalib gəlib. Sonuncu belə start isə 2008/09 mövsümündə gerçəkləşib. 16 il əvvəl “Qəbələ” ilk 2 görüşdə böyük hesabla qalib gəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC