"Zirə" - "Osiyek" matçının biletləri bu gündən satışda

Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Osiyek” (Xorvatiya) oyununun biletləri bu gün – 12 avqust saat 12:00-dan satışa çıxarılacaq. 

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Biletləri “Zirə İdman Kompleksi”, “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar.

Xatırladaq ki, avqustun 15-i keçiriləcək "Zirə" - "Osiyek" görüşü saat 20:30-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC