"Zirə"nin baş məşqçisi "Osiyek"in erməni futbolçusunun Bakıya gəlişi haqda: "Hansısa gərginlik istəməzdim"

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan "Osiyek"in erməni futbolçusu Styopa Mkrtçyanın Bakıya mümkün gəlişi, hansı tərəfə müsbət və ya mənfi təsir göstərə bilməsi ilə bağlı sualı cavablandırıb.

Presssport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis hansısa gərginlik olmasını istəmədiyini vurğulayıb: “Hamımız əvvəl gərgin idik. İdman yarışlarında da gərginlik olurdu. Bu gün hansısa gərginliyə ehtiyac yoxdu. Biz qalibik. Bəlkə onlar bizimlə qarşılaşanda, aqressiyaları olsun. Əvvəl rəqibin heyətində erməni olanda, düşünürdüm ki, qol vurmasın, böyük zəfərdən sonra isə məndə elə hiss qalmayıb. Futbolçularıma da hansısa xüsusi tapşırıq verməmişdim. Komandasının aparıcı oyunçusudu. Sırf oyuna köklənməliyik. Həqiqətən önəmli oyuna çıxacağıq”.

Xatırladaq ki, zirəlilər səfərdə 1:1 hesablı bərabərliyə qalıdğı Xorvatiya vitse-çempionunu avqustun 15-də Mərdəkanda qəbul edəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC