"Neftçi" sabiq "Benfika"lını transfer etdi

“Neftçi” daha bir transferini reallaşdırıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo ilə anlaşıb.

“6 nömrə”li formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub. “Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu ölkəsinin yüksək liqasında 100-ə yaxın oyun keçirib.

O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC