Emin Mahmudov sıradan çıxıb - qayıdış tarixi hələ bəlli deyil

“Neftçi”nin Misli Premyer Liqasının 8-ci turunun “Sumqayıt”la oyununda Emin Mahmudovun xidmətindən istifadə edə bilməyəcək.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın aparıcı futbolçusu məşqlərin birində dizindən zədələnib.

Belə olan halda, Eminin bugünkü matçı buraxacağı dəqiqləşib.

Mahmudovun hansı müddətdə sıradan çıxdığı isə hələ məlum deyil. Bundan başqa, digər mərkəz yarımmüdafiəçisi Emil Səfərov da zədəylə bağlı meydana çıxmayacaq.

Xatırladaq ki, “Neftçi” – “Sumqayıt” oyunu bu gün “Neftçi Arena” stadionunda saat 19:30-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC