Renat Dadaşovun komanda yoldaşı yoxa çıxıb

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün futbolçusu Renaldo Sefas yoxa çıxıb.

Presssport.az xəbər verir ki, məşqlərə qatılmayan yamaykalı hücumçu ötən gün I tur çərçivəsində qarşılaşdıqları "Şanlıurfaspor" oyununun iştirak ərizəsində yer almasına baxmayaraq stadiona gəlməyib.

Paytaxt təmsilçisinin baş məşqçisi Cihat Arslan baş verənləri təsdiqləyərək futbolçunun harda olmasından xəbərsiz olduqlarını gizlətməyib.

Xatırladaq ki, dünən I Liqanın ilk turunda "Şanlıurfaspor"la üz-üzə gələn "Ankaragücü" 2:0 hesabı ilə qələbə qazanıb. Yığmamızın üzvü Renat Dadaşov 67-ci dəqiqədə oyuna daxil olub və 10 dəqiqə sonra komandasının 2-ci qoluna imza atıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC