"Rafael Quzzo oyun üslubumuza tam uyğun gələn maraqlı futbolçudu" - Qriqorçuk

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk yeni transferləri olan Rafael Quzzonun keçidinə münasibət bildirib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis portuqaliyalı futbolçunun "ağ-qaralar"ın oyun üslubuna tam uyğun gəldiyini deyib:

“Çox şadam ki, daha bir yaxşı oyunçunu transfer edə bildik. Rafael Quzzo oyun üslubumuza tam uyğun gələn maraqlı futbolçudu. Düzdür, bizə bir az gec qoşulub, amma qısa müddətdə onu optimal formaya çatdırıb xidmətlərindən yararlanmaq istəyirik. Quzzonun bizə çox köməyi dəyəcək, ona ümidimiz böyükdü”.

Xatırladaq ki, paytaxt klubunda “6 nömrə”li formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC