Naxçıvanda bilyard üzrə muxtar respublika birinciliyi keçiriləcək

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə bilyard üzrə açıq muxtar respublika birinciliyi keçiriləcək.

Presssport.az xəbər verir kİ, tədbir avqustun 31-də Naxçıvanın "Marvel" Bilyard Klubunda baş tutacaq.

Yarış, Naxçıvanın müxtəlif bölgələrindən gəlmiş bilyard ustalarını və həvəskarları bir araya gətirmək məqsədi daşıyır. Turnirdə həm təcrübəli oyunçular, həm də bu idmana yeni başlayan gənclər iştirak edə bilər.

Onu da bildirək ki, yarış Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə təşkil edilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC