Elgiz Abbasov aşağı liqalardakı dəyişikliklərdən danışıb: "Çalışacağıq ki, bu mövsüm ötən il buraxdığımız səhvlər təkrarlanmasın"

“Ötən mövsümə qədər I Liqa özünü tam doğrultmurdu. Çünki yarış əvəzedicilərlə birgə keçirilirdi. Lakin ötən mövsüm I Liqa öz ab-havasına qayıtdı”.

Presssport.az xəbər verir ki, bu bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib.

I və II liqanın püşkatmasında çıxış edən Abbasov aşağı liqalarda ötən il buraxılan səhvlərdən nəticə çıxarmalı olduqlarını vurğulayıb: “Çalışacağıq ki, bu mövsüm ötən il buraxdığımız səhvlər təkrarlanmasın. Bu halda daha irəliləmiş, daha püxtələşmiş liqanın şahidi ola bilərik. Bunda klubların da üzərinə çox böyük məsuliyyət düşür. İnfrastruktur və kadr baxımından. Stadionlara mütəmadi baxışlar həyata keçirilir. II Liqaya vəsiqə qazanan “Hypers Guba”nın ev oyunlarını keçirdiyi Quba Olimpiya Kompleksinin stadionu əla vəziyyətdədi. Hətta deyərdim ki, o stadion Premyer Liqada matçlarını qəbul edə biləcək səviyyədədir”.

PFL rəsmisi liqaların əsasnamələri barədə də danışıb: “I Liqanın əsasnaməsi hazırdı, klublara göndərilib. II Liqa üçün də sənədlər toplusu tədbir bitdikdən sonra klub nümayəndələrinə təqdim olunacaq. II Liqada müəyyən məqamlar var ki, onların tətbiq olunması lazımdı. Ötən mövsümlə müqayisədə sifariş vərəqəsi ilə bağlı dəyişiklik olub. Əvvəl 40 futbolçu sifariş etmək mümkün idisə, bu mövsüm say 35-ə endirilib. Müəyyən tənzimləmələrə ehtiyac var. Artıq 2-ci il olduğunu nəzərə alaraq, II Liqada məşqçilərin lisenziyasının olması tələb kimi klubların qarşısına qoyulub”.

Abbasov reqlamentdə ötən mövsümlə müqayisədə ciddi dəyişiklik olmadığını qeyd edib: “Hər iki yarışda sonuncu yer liqanı tərk edəcək. Pley-off oyunları ev-səfər prinsipi ilə keçirilməyəcək. Bu mövsüm neytral meydanda 1 matçın keçirilməsi qərarına gəlmişik və bu, püşk yoluyla müəyyənləşəcək. Ötən il olduğu kimi, bu mövsüm də PFL-in Media departamenti qarşılaşmaların "YouTube" vasitəsi ilə canlı yayımını təşkil edəcək. Kütləvilik üçün müəyyən yol xəritəmiz var. Təqvim qarşıdakı günlərdə açıqlanacaq. Ötən mövsüm olduğu kimi, yenə də L Liqa 3, II Liqa isə 2 dövrədən ibarət olacaq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC