"Bakıya növbəti mərhələyə vəsiqə qazanmaq üçün gedirik" - "Osiyek"in futbolçusu

"Cavab matçında rəqibimizə qalib gəlməyə çalışacağıq. Əsas olan nəticədi, qələbə qazanmalıyıq. Matçın taleyini 90 dəqiqədə həll etmək istəyirik. Oyun əlavə vaxta qədər getsə, fiziki cəhətdən buna hazırıq. Bakıya növbəti mərhələyə vəsiqə qazanmaq üçün gedirik".

Presssport.az xəbər verir ki, bunu "Zirə"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi "Osiyek"in (Xorvatiya) futbolçusu Darko Neyaşmiç deyib.

25 orvatiyalı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında Osiyekdə baş tutan ilk görüşdə üstün oyun nümayiş etdirdiklərini söyləyib: "İlk görüşdə üstün olan tərəf biz idik. Qarşılaşmanı yüksək səviyyədə keçirdik. Təəssüf ki, son dəqiqədə qapımızda gərəksiz qol gördük".

Xatırladaq ki, “Zirə” ilk matçda səfərdə “Osiyek”lə heç-heçə edib - 1:1. Bu komandaları arasındakı cavab qarşılaşması avqustun 15-i "Dalğa Arena"da reallaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC