Koppitelli "Zirə"ni keyfiyyətli komanda sayır: "Bakıda uğurlu nəticə üçün kifayət qədər enerjimiz və həvəsimiz olacaq"

Konfrans Liqqasının II təsnifat mərhələsinin cavab matçında "Zirə" ilə qarşılaşacaq "Osiyek" (Xorvatiya) Bakıya yollanıb.

Presssport.az xəbər verir ki, komandanın baş məşqçisi Federiko Koppitelli Bakı səfərindən əvvəl rəqib komanda və keçiriləcək görüş haqda danışıb.

İtaliyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında "Zirə" ilə oyuna tam hazır olduqlarını deyib: "Məqsədimiz Konfrans Liqasında mübarizəni davam etdirməkdi. "Osiyek"də keyfiyyətli komandaya qarşı çox yaxşı oyun keçirdik və bu, onu göstərir ki, həmin 93 dəqiqədə onlara qarşı möhtəşəm çıxış qələbə üçün kifayət etmir. Bununla belə, bu, bizə inam verir, eyni zamanda, rəqibin gücünü göstərir. Lakin onlar yeganə səhvimizdən istifadə etdil və qələbəyə layiq olsaq da, oyun heç-heçə başa çatdı. "Zirə"nin artıq ev sahibi olması oyunun çətin keçəcəyini göstərir. Düşünürəm ki, komandamız yaxşı hazırlaşıb. Uğurlu nəticə üçün kifayət qədər enerjimiz və həvəsimiz olacaq".

Xatırladaq ki, “Zirə” “Osiyek”lə səfərdəki matçda 1:1 hesablı heç-heçə edib. Bu komandaların cavab görüşü avqustun 15-i "Dalğa Arena"da keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC