Səfirlərdən “Qarabağ”a dəstək - Tahir Gözəllə görüşdülər

"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov və onun xanımı, ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb.

Pressport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Ludoqorets”lə qarşılaşacaq "Qarabağ"ın Bolqarıstana səfəri çərçivəsində keçirilib.

Gözəl göstərilən diqqət və dəstək üçün səfirlərə təşəkkür edib. Səfirlər "Qarabağ"a uğurlar arzulayıb. Onlar bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Ludoqorets” – “Qarabağ” oyununu stadionda canlı izləyəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC