"Qarabağ" Razqradda 7 qol vurdu - darmadağınla 3-cü dəfə ÇL-in pley-offuna yüksəldi

"Qarabağ" Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Presssport.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə səfərdə qarşılaşıb.

İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası cavab görüşündə 7:2 hesablı möhtəşəm qələbə qazanaraq tarixində 3-cü dəfə ÇL-in pley-offuna yüksəlib. 

Ağdam təmsilçisi buna qədər 2 dəfə ÇL-də pley-offda oynayıb. Qurban Qurbanovun komandası eyni zamanda ən pis halda Avropa Liqasında Liqa mərhələsinə vəsiqəni təmin edib.

Xatlrladaq ki, "Qarabağ" ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək. 

Qeyd edək ki, pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

13 avqust

22:00. “Ludoqorets” (Bolqarıstan) - “Qarabağ” (Azərbaycan) - 2:7

Qollar: K.Dua, 13, 23-pen. - Juninyo, 7, Y.Benzia, 45+1-pen, 118, P.Andrade, 45+5, 112, T.Bayramov, 93, R.Cica, 110 (2:5)

Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti

VAR hakimləri: Gianluca Aureliano, Marco Serra (Hakimlər briqadası İtaliyadandır)

Razqrad. “Ludoqorets Arena”

İlk oyun - 2:1

"Ludoqorets": 39. Hendrix Bonmann, 17. Son, 24. Oliver Verdon, 4. Diniş Almeyda, 3. Anton Nedyalkov (k), 30. Pedro Naressi, 6. Yakub Pyotrovski, 23. Deroy Duarte, 7. Rik, 12. Rvan Seko, 9. Kvadvo Dua

Ehtiyat oyunçular: Padt, Hristov, Nedelev, Tissera, Qropper, Kurtuluş, Vitru, Çoçev, Yordanov, Delev

Baş məşqçi: Georgi Demençiyev.

"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo

Ehtiyat oyunçular:  12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov,  30. Abbas Hüseynov,  2.Mateus Silva, 27. Toral Bayramov, 20.Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC