3x3 basketbol millimziin Bakı mərhələsindəki rəqibləri müəyyənləşib

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Bakı mərhələsindəki rəqibləri müəyyənləşib.

Presssport.az xəbər verir ki, 16 komandanın iştirak edəcəyi yarışda yığmamız C qrupunda mübarizə aparacaq. 

Əsas raunddan yarışa qatılacaq təmsilçimiz Almaniyanın “Düsseldorf ZOOS” klubu və təsnifat mərhələsinin A qrupunda ilk pilləni tutacaq komanda ilə görüşəcək. 

Avqustun 17-də “Düsseldorf ZOOS”la üz-üzə gələcək komandamız həmin gün təsnifatdan gələn komanda ilə də qarşılaşacaq. İlk görüş saat 16:50-də, növbəti qarşılaşma isə 18:30-da başlayacaq. 

Onu da bildirək ki, Bakı mərhələsi avqustun 17-si və 18-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC