Millimizin sabiq futbolçusu rəsmən "Qəbələ"də

"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.

Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadə ilə 1 illik müqavilə imzalanıb.

32 yaşlı oyunçu 2024/25 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinəcək.

Yunuszadə karyerası ərzində “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, Bosniya və Herseqovinada “Çelik”, Şimali Makedoniyada “Şkupi” klublarında çıxış edib. O, Azərbaycan yığmasında keçirdiyi 3 oyunda 1 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC