"Ludoqorets"in baş məşqçisi "Qarabağ"a ağır məğlubiyyəti şərh edib: "Bu cür matçlardan öyrənməli olduğum çoxlu dərs var"

Bolqarıstanın “Ludoqorets” klubunun baş məşqçisi Georgi Dermençiyev Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a Razqradda ağır məğlubiyyəti (2:7, ilk oyun – 2:1) şərh edib.

Presssport.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis belə uğursuz nəticənin səbəblərini şərh edib: "Ağır məğlubiyyətdi. Çoxlu səhvlər etdik və bu, problemə çevrildi. Erkən qol buraxdıq. Belə matçları təhlil etmək çətindi. Sonda risk də böyük idi, ona görə də bu qədər qol vuruldu. Matç zamanı geri qayıtmağa çalışdıq, lakin sonra zəif oynadıq. Futbolçularım Avropa yarışlarında qalib olmaq ruhunu qazanmalıdı. Bu cür matçlardan öyrənməli olduğum çoxlu dərs var. Təəssüf ki, fərqli nəticə vermədi, amma bu, reallıqdı".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC