"Yalnız qələbəyə köklənmişik" - "Zirə"nin legioneri

"Zirə"nin futbolçusu Pyer Zebli Konfrans Liqası III təsnifat mərhələsinin “Osiyek”lə cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi sabah çətin oyun olacağını bildiklərini vurğulayıb:. “Vacib matçdı. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirsək, oyunun gedişini asanlaşdıra bilərik. Yalnız qələbəyə köklənmişik. ”Osiyek" yaxşı futbolçulardan təşkil olunmuş komandadı. Ev oyunu olması bizim üçün əlavə üstünlükdü".

Xatırladaq ki, zirəlilər sabah Mərdəkanda qəbul edəcəyi Xorvatiya klubuyla onun meydanında ilk matçda 1:1 hesablı heç-heçə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC