"Sabahkı oyuna yaxşı hazırlaşmışıq, növbtəi mərhələyə yüksəlmək şansımız davam edir" - Renduliç

"Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Sabah bizim üçün çətin oyun olacaq"

Presssport.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının III təsnifat mərhələsinin "Sent Patriks Atletik”lə (İrlandiya) cavab matçından öncə mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis şansları dəyərləndirib: "Növbəti mərhələyə yüksəlmək şansımız davam edir. Görüşə yaxşı hazırlaşmışıq. Heyətdə müəyyən itkilər var. İrlandiyada istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci yarıda azlıqda qaldıqdan sonra qarşılaşma bizim üçün yaxşı keçmədi".

Xatırladaq ki, "Sabah" - "Sent Patriks Atletik" matçı avqustun 15-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda Dublin təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC