"Qrup mərhələsinə vəsiqə qazanmağı bacara bilsək, bizim üçün fantastika olar" - "Sabah"ın yay trasnferi

"Sabah"nin futbolçusu Pavol Safranko Konfrans Liqası III təsnifat mərhələsinin "Sent Patriks Atletik"lə cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, sloveniyalı hücumçu komanda daxilində atmosferin çox yaxşı olduğuğunu söyləyib: “Məşqlərimiz yaxşı keçir. Bu matçdan öncə istirahət və bərpa olunmaq üçün daha çox vaxtımız oldu. Hamımız bir-birimizə inanırıq. Azarkeşlərimizlə birlikdə çalışacağıq ki, klubumuz üçün ən yaxşısını edək”.

Şafranko yayda keçdiyi "Sabah"da əsas hədəfinin hər oyundan qalib ayrılmaq olduğunu vurğulayıb: "Qrup mərhələsinə vəsiqə qazanmağa çalışmalıyıq. Bunu bacara bilsək, bizim üçün fantastika olar. İnanıram ki, bu hədəfi gerçəkləşdirə bilərik. Çempionatda "Qarabağ"a qarşı mübarizə aparmağa çalışmaq lazımdı. Yaxşı mübarizə aparsaq, hər komandaya qalib gələ bilərik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC