Renat Dadaşov: "Hədəfimiz Türkiyə Super Liqasına vəsiqə qazanmaqdı"

Hədəfimiz yenidən Super Liqasına vəsiqə qazanmaqdı. Komanda yoldaşları ilə birlikdə bu məqsəd üçün mübarizə aparacağıq".

Presssport.az xəbər verir ki, bunu Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.

25 yaşlı hücumçunun sözlərinə görə, "Şanlıurfaspor"la ilk turun matçında (2:0) qol vurmaq mənə ruh yüksəliyi verib: "Bütün diqqətimizi "Ərzurumspor"a qarşı növbəti görüşə yönəldəcəyik. Bu oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

Forvard 1-ci Liqa təmsilçisinə keçidi barədə də danışıb: "Ankaragücü" böyük klubdu. Şəhər də çox gözəldi. Bütün bunlar buraya gəlməyimə səbəb oldu".

Xatırladaq ki, Dadaşov avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC