"Qarabağ"a 2:7 uduzan baş məşqçi qovuldu

Bolqarıstanın "Ludoqorets" klubu baş məşqçisi Georgi Dermenciyev ilə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Belə ki, təcrübəli mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ"a 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Bu, qarşıdakı saatlarda rəsmən açıqlanacaq.

Xatırladaq ki, daha əvvəl bir neçə dəfə "Ludoqorets"də işləyən Dermenciyev 2023-cü ildə kluba qayıdıb. Bakıdakı ilk görüşdə Bolqarıstan çempionu qələbə qazanmışdı - 2:1.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC