Stolüstü tennisçilərimiz Fransada təlim-məşq toplanışına qatılacaq

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Fransada təşkil olunacaq növbəti təlim-məşq toplanışına qatılacaq.

Presssport.az Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandamızın üzvləri bu gün baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Strasburq şəhərinə yola düşüb.

İdmançılarımız avqustun 15-dən 22-dək Avropanın ən istedadlı stolüstü tennisçilərinin dəvət aldığı “EUROTALENTS” toplanışında iştirak edəcək. Stolüstü tennisçilər toplanışın ardınca, avqustun 23-də Fransanın Şiltiqheym şəhərində startı veriləcək “Euro Mini Champs” yarışında bacarıqlarını göstərəcək.

Onu da bildirək ki, hər iki idmançı iyulun 25-dən avqustun 12-dək Çinin Şanxay şəhərinin stolüstü tennis mərkəzində təşkil olunan hazırlıq prosesinə də qatılmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC